Rusiyanın İrandakı keçmiş baş konsulu Konstantin Alekseyev Moskvadakı mənzilində ölü tapılıb.
BUTA.TV xəbər verir ki, məlumatı Rusiya mediası yayıb.
Bildirilib ki, diplomatın meyitini həyat yoldaşı aşkarlayıb.
Hazırda ekspertlər keçmiş baş konsulun ölüm səbəbini araşdırırlar.
Qeyd edək ki, Konstantin Alekseyev 2015-2019-cu illərdə Rusiyanın İranda baş konsulu vəzifəsində çalışıb. Bundan başqa, o Rusiyanın İrandakı səfirliyində nazir müşaviri vəzifəsində və Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentində çalışıb.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi