Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu Zığ şosesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobilinin “Mersedes” markalı evakuatorla toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sərnişini deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 2001-ci il təvəllüdlü R.Əlizadəni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi