Ümid edirəm ki, yaxın günlərdə məhbuslar geri qaytarılacaq. Biz gözləyirik. Düşünürəm ki, tezliklə məlumat əldə edəcəyik.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
“Razılıq əldə olunub, bununla bağlı heç bir dəyişiklik yoxdur. Proses davam edir. Ümid və güman edirəm ki, bu (əsirlərin təhvil verilməsi – red.), yaxın günlərdə baş verəcək”, - Simonyan bildirib.
Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazir Aparatı birgə bəyanat yayıb. Bəyanatda Azərbaycanın 32 əsiri, Ermənistanın isə 2 əsiri geri qaytaracağı bildirilib.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi