Azərbaycan İlahiyyat İnstitutunun yanında yeni yaradılan Bakı İlahiyyat Kolleci hər il ən çox 20 tələbə qəbul edəcək.
BUTA.TV xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda dini təhsil almaq üçün heç bir xarici ölkəyə getmək üçün ehtiyac qalmır: "Çünki ölkəmizdə kifayət qədər mükəmməl ali və orta dini təhsil verən təhsil ocağımız var. İlahiyyat İnstitutunda təhsil dövlət hesabınadır və məqsəd ölkədə din sahəsində kadr hazırlığını özümüzün həyata keçirməsidir".
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu iki ixtisas üzrə 60 tələbə qəbul edir.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi