Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Ulu Öndərin anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər.
BUTA.TV xəbər verir ki, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir dövlətçiliyimizin xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi