Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada futbol üzrə ölkə çempionatının oyunundan sonra meydanda hakimin döyülməsi hadisəsini kəskin şəkildə pisləyib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə liderinin bəyanatında yer alıb.
“Ankaragücü”-“Rizespor” matçından sonra baş hakim Xəlil Ümid Melərə edilən hücumu pisləyirəm və ona tezliklə sağalmasını arzulayıram. İdman sülh və qardaşlıq deməkdir. Zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətə dözməyəcəyik”, - bəyanatda vurğulanıb.
Qeyd edək ki, Türkiyənin “Ankaragücü” futbol klubunun prezidenti Faruk Koca ölkə çempionatında “Rizəspor”la oyundan sonra meydana qaçaraq hakim Ümid Melerin sifətinə zərbələr endirib.
Daha sonra Ankara Prokurorluğu “Ankaragücü”nün prezidenti Faruk Kocanın həbsinə order verib. Hadisə Türkiyə Futbol Federasiyasının da araşdırmasına səbəb olub. Türkiyənin aparıcı klubları “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Trabzonspor” və digərləri baş verən vəziyyəti pisləyib.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi