Ukraynanın Avropa Birliyinə daxil olması Avropa ölkələrinə təxminən 200 milyard avroya başa gələcək.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat İnstitutunun hesabatında bildirilib.
Tədqiqatçılar qeyd edirlər ki, Ukraynanın AB-yə daxil olması ümumavropa iqtisadiyyatı üçün bir sıra nəticələrə gətirib çıxaracaq, çünki Kiyev AB büdcəsindən böyük maliyyə resursları tələb edəcək:
"Təxmini hesablamalara görə, Ukraynanın tamhüquqlu üzvlüyünün 2021-2027-ci illər üçün hazırkı çoxillik maliyyə planına təsiri 130-190 milyard avro arasında olacaq".
Qeyd olunur ki, bu məbləğin 70-90 milyard avrosu kənd təsərrüfatı üçün subsidiyalara, 50-90 milyard avrosu isə AB-nin regional siyasətinə ayrılacaq ki, bu da ölkənin rifahının yüksəldilməsini nəzərdə tutur.
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi