Ana həbsdə olan oğluna şampun qabının içərisində narkotik ötürmək istəyib.
Bu barədə BUTA.TV-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən məlumat verilib.
Məlumata görə, xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
Həbs edilmiş şəxs Nurlan Rəhim oğlu Məmmədliyə anası Telli Ənnağı qızı Məmmədovanın gətirdiyi sovqatdakı şampun qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,266 qram heroin və 0,060 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi