Cənubi Kiprdə israillilərə qarşı terror planı hazırlayan iki iranlı həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Kipr mediası məlumat yayıb.
İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi bəyanat yayaraq, iranlı terrorçuların həbsində MOSSAD-ın Kipr polisinə dəstək verdiyini bildirib.
Adları açıqlanmayan iranlıların siyasi mühacir və SEPAH-a bağlı şəxslə əlaqədə olduqları vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl də Kiprdə bir neçə iranlı və SEPAH-a bağlı şəxslər İsrail vətəndaşlarına qarşı terror hazırlamaq ittihamına görə saxlanılıblar.
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi