Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden yaxın günlərdə Qəzzədəki vəziyyəti telefonla müzakirə edəcəklər .
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Yaxın günlərdə liderlər arasında telefon danışığı gözlənilir. İki ölkə liderləri həm uzunmüddətli atəşkəs məsələsini, həm də Qəzzanın müharibədən sonrakı statusunu müzakirə edəcəklər”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, Ərdoğan bir neçə gün öncə verdiyi açıqlamasında Qəzza zolağında baş verən hadisələrlə bağlı ABŞ Prezidenti Co Baydenlə danışıqlar aparmaq planının olmadığını demişdi.
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi