Mariya Karapetyan Azərbaycanda yaşayan minlərlə ermənidən biridir. Oğlu şəhiddir. Bəli, səhv eşitmədiz. O, şəhid Samir Əliyevin anasıdır.
BUTA.TV İTV-yə istinadən xəbər verir ki, Samir Əliyev 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizdən biridir.
Taleyin işinə baxın ki, şəhid Samirin həyatına erməni anasının soydaşları son qoyub. İndi bu erməni qadının nə hisslər keçirdiyini demək çətindir. Mariya Karapetyan erməni olsa da, ürəyi Azərbaycanla döyünən, Vətən üçün çırpınan övlad yetişdirib. Vətənin, mərdliyin, kişiliyin milliyyəti olmur.
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi