Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı bildirib ki, Moskva dinc əhalinin əzablarını yüngülləşdirmək və münaqişənin gərginliyini azaltmaq üçün hər cür yardım göstərməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Rusiya vətəndaşlarının və onların ailə üzvlərinin təxliyəsi, həmçinin Qəzzada saxlanılan israillilərin azad edilməsi məsələlərindəki fəaliyyətin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub. Əlaqələrin davam etdirilməsi razılaşdırılıb",- məlumatda deyilir.
Bundan əlavə, terror təhlükələrinə qarşı mübarizənin mülki əhali üçün dəhşətli nəticələrin qarşısının alınmasının vacibliyi vurğulanıb.
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi