Çili Prezidenti Qabriel Boriç ABŞ-ın Qəzza zolağında atəşkəs qətnaməsinə veto qoymasından sonra BMT-də təcili struktur islahatlarına çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Çili lideri X sosial şəbəkəsində yazıb.
“BMT-də struktur islahatına təcili ehtiyac var. Dünya artıq 1945-ci ildəki kimi deyil”, - Boriç bildirib.
Qeyd edək ki, dekabrın 8-də ABŞ BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəs tələb edən BƏƏ tərəfindən hazırlanmış humanitar qətnamə layihəsinə veto qoyub. Rusiya və Çin də daxil olmaqla, Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü qətnamənin lehinə səs verib, Böyük Britaniya isə bitərəf qalıb.
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi