Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hərəkətdə olan “Ford Tranzit” markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb.
Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları cəlb olunub.
Qəza nəticəsində 6 nəfər yaralanıb, 1 nəfər isə həyatını itirib. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Yaralılardan dördü vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə, digər ikisi isə travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi