Xəstə mədəaltı vəz belə, kürəyə ağrı verə bilər.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Sergey Vyalov və onkoloq İvan Karasev mədəaltı vəz problemlərində ağrı formasından danışıb.
“Mədəaltı vəz fermentlər və insulin hasil edir, zülal, şəkər və yağları qidadan parçalayır. Mədəaltı vəzin ferment funksiyası pozulanda yeməyin normal həzmi dayanır. Ferment azalması mədəaltı vəzin iltihabı zamanı baş verir. Çünki yağlar normal parçalanıb həll olmur, bu da vəzin divarlarını iltihablandırır. Bu zaman xəstədə köp, qıcqırma, ürəkbulanma yaranır, köp isə diafraqmanı sıxaraq kürəyə ağrı verir.
Mədəaltı vəz ciddi pozulanda zülal - ət yeməklərini də həll etmək çətin olur. Amma xəstə mədəaltı vəz uzun müddət şirniyyatı, un məmulatını, nişastalı qidaları çox rahat problem yaratmadan həll edə bilir.
Vəzin ağır iltihabı diabet pankreatit, daha sonra xərçəngə səbəb ola bilər. Eləcə də kürəyə yayılan ağrı zamanı ürək, mədə yoxlanmalıdır”, - Vyalov qeyd edib.
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi