Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 10-da Azərbaycana rəsmi səfər edəcək.
BUTA.TV xəbər verir ki, səfər çərçivəsində Ş.Papuaşvili Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova və digər rəsmi şəxslərlə görüşəcək.
Görüşlərdə ölkələrimiz arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri diqqət mərkəzində olacaq.
Gürcüstan Parlamentinin sədri, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək.
Səfər dekabrın 12-də başa çatacaq.
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi