Hər bir ölkə öz suverenliyi və yurisdiksiyası çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində imkanları inkişaf etdirmək üçün digər dövlətlərlə əməkdaşlıq edə bilər.
BUTA.TV xəbər verir ki, bu sözlər Ermənistan XİN-in Fransadan “Bastion” zirehli texnikası alması ilə bağlı açıqlamasında əks olunub.
Qeyd edək ki, noyabrda Azərbaycan XİN Fransanın zirehli transportyorlarının Ermənistana göndərilməsini pisləyib və bunu Parisin regionu hərbiləşdirməsi adlandırıb. Ötən gün isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana zirehli texnika və sistemlər göndərilməsini təxribat adlandırıb.
Xatırladaq ki, Fransa Ermənistana ümumilikdə 50 ədəd “Bastion” göndərəcək. Onlardan artıq 24-nün artıq tədarük edildiyi bildirilir.
Ermənistanın Fransadan GM-200 sistemi, “Mistral” və s. alması üçün sazişlər imzalanıb.
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Speys TV-yə yeni direktor təyin edildi
- Qaraheybətdə bədbəxt hadisə: kursant öldü
- Dövlətə xəyanət edən daha bir nəfərə hökm oxundu