Bir neçə gün öncə əməliyyat olunan Azərbaycan millisinin və “Xarı Bülbül” (Şuşa) klubunun voleybolçusu Tural Həsənlinin vəziyyəti pisləşib.
BUTA.TV xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ziya Rəcəbov sosial şəbəkə hesabında yazıb.
O, voleybolçunun qanaxma səbəbilə yenidən əməliyyat edildiyi bildirib.
Z.Rəcəbov Turalın təcili qana (3+) ehtiyacı olduğunu, kömək edəcək şəxslərin Qan Bankına yaxınlaşmalarının vacibliyini qeyd edib.
Qeyd edək ki, 33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Speys TV-yə yeni direktor təyin edildi
- Qaraheybətdə bədbəxt hadisə: kursant öldü
- Dövlətə xəyanət edən daha bir nəfərə hökm oxundu