BMT Bakı - İrəvan bəyanatını alqışlayır

22:42 - 8 Dekabr 2023 - GÜNDƏM

 BMT Bakı - İrəvan bəyanatını alqışlayır

BMT-nin baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır.

Axar.xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarik Report-a açıqlamasında deyib.

Sözçü bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı bəyanat yaymaqla etimat quruculuğu prosesinə töhvə vermək üçün ikitərəfli münasibətlərin normallaşdırılmasına sadiqliklərini təsdiqləyiblər:

"BMT tərəflərin bölgədə davamlı sülhün bərqərar olunması və əhalisinin rifahı naminə qarşılıqlı etimadı qorumaqla razılaşmaya əsaslanmağı təşviq edir".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol