Şəhid ailələri və yaralıların istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə YAŞAT Fondu tərəfindən xərclənən vəsait 7 011 408.82 AZN təşkil edir.
BUTA.TV xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov fondun 3 illik hesabatına həsr edilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 300 müraciət təmin edilib:
“Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 AZN borc ləğv edilib”.
- FHN ATU-da maarifləndirmə tədbiri keçirdi
- Ötən ay ən çox yağıntı Bakıya düşüb - Mahmudov
- ABB yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçildi!
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı