AzTV-nin mətbuat katibi Rüfət Seyidov sözügedən TV-nin sürücüsü olmuş 24 yaşlı Vüqar Rəsulovun vəfatı ilə bağlı məlumat yayıb.
BUTA.TV xəbər verir ki, o, Vüqarın bir neçə gün əvvəl özəl xəstəxanalardan birində əməliyyat olunduğu bildirib.
“Valideynindən aldığımız məlumata əsasən, mərhum həmkarımız bir neçə gün əvvəl özəl xəstəxanalardan birində əməliyyat olunub. Həkim göstərişinə əsasən yeməyi və suyu kiçik həcmdə qəbul etməli imiş. Lakin Vüqar əməliyyatdan sonra, valideyninə susadığını bildirib və çoxlu miqdarda maye qəbul edib. Mədənin yeni əməliyyat edildiyini nəzərə alaraq, çoxlu su içməsinin ardınca Vüqarın halı pisləşib. Valideyninin dediyinə görə, evə dərhal təcili yardım çağırılıb. Lakin o, xəstəxanaya aparılarkən, dünyasını dəyişib”, - deyə o qeyd edib.
Qeyd edək ki, Vüqar Rəsulovun çəkisinə görə mədəkiçiltmə əməliyyatı keçirdiyi iddia olunur.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi