Yunan polisi Afinada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri günü ictimai təhlükəsizliklə bağlı mitinq və yürüşləri qadağan edib.
BUTA.TV xəbər verir ki, müvafiq əmri Attika metropoliteninin polis idarəsinin rəisi verib.
“Attika polis rəisinin qərarı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri zamanı dekabrın 7-də saat 06:00-dan 18:00-dək açıq havada hansısa ictimai toplantının keçirilməsi ictimai təhlükəsizlik səbəbi ilə qadağan edilib”, - qərarda deyilir.
Qadağa Afinanın mərkəzini və Afina Beynəlxalq Hava Limanı “Eleftherios Venizelos”dan gedən yolları, eləcə də kortejin marşrutu boyunca körpüləri və yerüstü keçidləri əhatə edir.
Qeyd edək ki, Ərdoğanın səfəri zamanı sərt təhlükəsizlik tədbirləri görüləcək. Asayişin qorunmasına 3500-dən çox polis cəlb olunacaq, Türkiyə Prezidentinin kortejinin keçidi üçün yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Afina Beynəlxalq Hava Limanında da təhlükəsizlik tədbirləri gücləndiriləcək. Vəziyyəti havadan helikopterlər və dronlar izləyəcək. Terrorla Mübarizə Xidməti hazır vəziyyətə gətiriləcək, snayperlər Afinada böyük binalara yerləşdiriləcək.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi