"Azercell" nömrəsi əldə etmək istəyən müştərilərə faizsiz hissə-hissə ödəmə imkanı veririləcək.
5 dekabr 2023-cü il tarixindən etibarən lider mobil operator "Taksit" layihəsini təqdim edir. www.azercellim.com veb-səhifəsində qiyməti 100 AZN üzərində olan bütün "Azercell" nömrələrinin onlayn qaydada 12 ayadək faizsiz taksitlə əldə edilməsi mümkün olacaq.
"Azercell" nömrəsi almaq istəyən müştəri "BirKart" abunəçisi olmalıdır. Müştəri alacağı nömrənin qiymətini müəyyən edilmiş müddətlərdən birini seçməklə bir neçə ay ərzində hissə-hissə ödəmə imkanı əldə edəcək və bunun qarşılığında heç bir faiz hesablanmayacaq.
Ətraflı məlumat və bu imkandan yararlanmaq üçün sadəcə www.azercellim.com veb-səhifəsinə keçid etmək lazımdır.
Xatırladaq ki, www.azercellim.com saytı sürətli xidmət, istifadəçi rahatlığı və geniş nömrə bazası ilə müştəri təcrübəsini zənginləşdirmək məqsədilə yaradılan ilk e-ticarət (onlayn satış) platformasıdır.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi