Azərbaycanın Türkiyədəki səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi vəzifəsindən azad edilib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmr ilə polkovnik (gömrük attaşesi) Əliqulu Cəfərov tutduğu vəzifədən azad olunub.
Əliqulu Cəfərov öz istəyi ilə təqaüdə göndərilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndindən olan Əliqulu Cəfərovun Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Səfər Mehdiyevin yaxın qohumu olduğu deyilir. O, uzun müddət DGK-nin Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsini tutub. Səfər Mehdiyevin 2020-ci ildə müvafiq əmri ilə Türkiyədəki səfirliyimizə gömrük attaşesi təyin edilmişdi.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi