Azərbaycanla vasitəçisiz görüş çox böyük risklər daşıyır.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni ekspert Qarnik Davtyan deyib.
O bunu belə əsaslandırıb ki, guya Azərbaycanın tərəfi gələcəkdə hərbi əməliyyatlara haqq qazandırmaq üçün bu platformadan istifadə etməsi mümkündür:
“Bunun üçün Ermənistanın üzərinə götürdüyü öhdəlikləri (güzəştləri) yerinə yetirməkdən imtina etdiyi əsas gətirilə bilər”.
Onun düşüncəsinə görə, Ermənistan və Azərbaycan razılığa gələrsə, Bakının səhəri gün İrəvanın öhdəliklərini yerinə yetirmədiyini deməyəcəyinə zəmanət yoxdur.
Davtyan da müharibə ehtimalı haqda manipulyasiyalara qoşulub və bildirib ki, düşmən (Azərbaycan - red.) Ermənistan hakimiyyətinin nəinki təslim olduğunu, həm də qorxaq olduğunu anlayıb və bu kontekstdə müharibənin özündən maksimum fayda əldə etməyə çalışacaq.
O iddia edib ki, Azərbaycan “daha yüksək tələblər” səsləndirir, məsələn, azərbaycanlıların Ermənistana qayıdışı və s.
Qeyd edək ki, Azərbaycanla birbaşa danışıqlardan qaçan Ermənistan vasitəçilərin yardımı ilə götürdüyü öhdəliklərdən yayınmağa, “yeni şərtlər daxilində” danışıqlar aparmağa cəhd göstərir. Həmçinin sürətlə silahlanmağa davam edərək, danışıqlarda müəyyən üstünlük yaradacaq yeni sərhəd toqquşmasına da hazırlaşır.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi