Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 4-də Qətərə iki günlük səfər edəcək.
BUTA.TV xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezident Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək. Həm iki ölkə arasındakı əlaqələr, həm də regional hadisələr müzakirə olunacaq.
Səfəri zamanı hər iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün bəzi əməkdaşlıq müqavilələri imzalanacaq.
Rəcəb Tayyib Ərdoğan Qəzzada humanitar sülhün bərpası və döyüşlərin dayandırılmasında vasitəçilik rolunu oynamış Qətər əmiri ilə daimi atəşkəsin əldə olunmasını da müzakirə edəcək.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi