"Yuxarı Lars" keçid məntəqəsində təxminən 2,5 min yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir.
BUTA.TV xəbər verir ki, bu barədə "Şimali Osetiya nəqliyyatı idarəetmə mərkəzi"nin saytında məlumat yayılıb
Məlumata görə, “yaşıl zona”da 250 avtomobil dayanıb və onların “Yuxarı Lars”dan keçmək üçün 12 saat vaxtı var.
Rusiya tərəfdən Gürcüstana ümumilikdə 2489 yük maşınının daxil olacağı gözlənilir.
Qeyd olunur ki, noyabrın 26-da axşam saatlarında qarın yağması və hava temperaturunun aşağı olması ilə əlaqədar Gürcüstan-Rusiya sərhədi, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi istiqamətində ağır yük maşınlarının hərəkəti qadağan edilib:
"Aparılan təmizlik işləri sayəsində noyabrın 29-u axşam saatlarında qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkətini bərpa etmək mümkün olub. Qoşqulu avtonəqliyyat vasitələrinin, yarımqoşqulu və oturacaq yeri 30-dan çox olan avtobusların hərəkəti birtərəfli həyata keçiriləcək. Bu hərəkət qaydasına patrul polisi nəzarət edir".
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi