Energetika naziri Pərviz Şahbazov COP28-in Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üzrə Baş İcraçı Direktoru Adnan Z.Aminin dəvəti ilə BƏƏ-yə səfər edib.
Energetika Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti 4-5 dekabr tarixlərində BƏƏ-nin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində keçiriləcək “Bərpa olunan enerji və Enerji səmərəliliyi Nazirləri”nin dəyirmi masasında, eyni zamanda Azərbaycan pavilyonunda təşkil olunacaq ölkəmizdə yaşıl enerji sahəsində investisiya imkanlarına həsr olunan tədbirdə iştirak edəcək.
Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi