Netanyahu göstəriş verdi, MOSSAD rəhbəri onları geri çağırdı

22:40 - 2 Dekabr 2023 - GÜNDƏM

 Netanyahu göstəriş verdi, MOSSAD rəhbəri onları geri çağırdı

HƏMAS-la İsrail arasında aparılan danışıqlar dayandırıldıqdan sonra MOSSAD rəsmiləri Qətərdən geri çağırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Bildirilib ki, Baş nazir Benyamin Netanyahunun göstərişi ilə MOSSAD-ın rəhbəri David Barnea Dohadakı komandasına İsrailə qayıtmağı əmr edib.

Həmçinin vurğulanıb ki, HƏMAS razılaşmanın bütün uşaq və qadınların azad edilməsini nəzərdə tutan hissəsini yerinə yetirməyib.

Qeyd edək ki, 24 noyabrda Qəzza zolağında başlayan atəşkəs dekabrın 1-də bitib və hərbi əməliyyatlar bərpa olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol