Paraqvayın Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi “Kailasa” Birləşmiş Ştatlarının nümayəndələri ilə anlaşma memorandumu imzalayıb. Ölkənin “xəyali” olduğu aydın olanda məmur vəzifəsindən uzaqlaşdırılıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Paraqvay Kənd Təsərrüfatı Nazirliyinin Arnaldo Çamorro adlı rəsmisi “Kailasa” Birləşmiş Ştatlarının nümayəndələri ilə bəyannamə imzalayıb.
Kailasanın internet saytında sözügedən “xəyali” ölkə bütün dünyada köçkün hindular tərəfindən həyata qaytarılan qədim, maariflənmiş hindu sivilizasiyalı xalqın dirçəlişi kimi təsvir edilir.
Bu xəyali ölkənin nümayəndələri Paraqvayın kənd təsərrüfatı naziri Karlos Gimenes və Çamorro ilə görüşüblər. Hadisənin üstü açılandan sonra sosial şəbəkədə nazirlik rəsmisinin ünvanına tənqidlər və reaksiyalar olub. Digər tərəfdən, Kailasa nümayəndələri daha əvvəl fevral ayında Cenevrədə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) iki komitə iclasında iştirak edib. ABŞ və Kanadadakı Maria Antonia və Karpai yerli idarəçiləri ilə müqavilələr imzalayıblar.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi