Bakıya və Laçına ayrılan vəsait artırılır.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir qeyd edib ki, cari ildə qəbul edilmiş minimum əməkhaqqı üzrə qərarların icrası ilə əlaqədar Bakı şəhərinin yerli xərclərində, eyni zamanda, Laçın rayonunun yerli xərclərində bəzi düzəlişlərin edilməsinə zərurət var.
“Bakı şəhərinin yerli xərclərinin 2,3 milyon, Laçın rayonunun yerli xərclərinin 100 min manat artırılması nəzərə alınacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi