Sankt-Peterburqda müstəntiqlər yoldan keçənlərə hücum edən və özünü “Azərbaycan mafiyası” adlandıran dəstə ilə bağlı yeni epizod qeydə alıblar.
Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib. İdarənin məlumatına görə, fevralın 11-də dəstə üzvləri əllərində tapança və bıçaqla Peterhof şəhərinin Çebışevskaya küçəsindəki mənzilə daxil olaraq orada yaşayan insanlara hücum ediblər. Evdəkiləri döyüb 100 min rubl pul tələb ediblər. Zərərçəkənlər həmin məbləğin onlarda olmadığını bildiriblər. Sonra onların əmlakı oğurlanıb.
Xatırladaq ki, mafiyanın rəhbəri hesab olunan Tural Məmmədov Azərbaycanda saxlanılaraq Rusiyaya təhvil verilib.//Lent.az
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi