Suraxanı rayonundan “Ulduz” metrosu istiqamətində fəaliyyət göstərən 184 saylı marşrut xətti ilə bağlı problem illərdir həll olunmur.
Məsələ ilə bağlı BUTA.TV-a müraciət edən sakinlər bildiriblər ki, avtobusların sayının azlığı və 15-20 dəqiqəlik intervalla hərəkət etməsi gediş-gəlişi çətinləşdirir.
Onların fikirlərinə görə, avtobusda gecikmə, natəmizlik illərdir düzəlmir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirdi ki, qurum marşrut xətlərində avtobus sayını nəzarətə götürüb:
“Suraxanı rayonunun Əmircan qəsəbəsində 113, 184, 191, 208, 209 və 213 nömrəli marşrut avtobusları fəaliyyət göstərir. Bu marşrut avtobusları qəsəbəni paytaxtın müxtəlif əraziləri ilə əlaqələndirir. 184 nömrəli marşrut xəttində isə 8 ortatutumlu avtobus 12 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir. Yollardakı nəqliyyat sıxlığı ilə əlaqədar günün pik saatlarında interval 15-20 dəqiqəyə qədər arta bilir.
Daşıyıcıya xətt üzrə avtobus sayının artırılması və marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə tapşırıq verilib”.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi