Naxçıvan polisi tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı ümumilikdə 170 nəfər saxlanılıb.
BUTA.TV xəbər verir ki, qeyd edilən dövr ərzində Azərbaycan Daxili İşlər Nazirliyinin vətəndaşlarda olan silahların təhvil verilməsi çağırışına əsasən muxtar respublika sakinləri 6 ədəd odlu silah, 4 ədəd avtomat darağı, 262 ədəd müxtəlif çaplı sursat, 1 ədəd optik snayper nişangahı, 2 ədəd qaz tapançasını təhvil verib.
Bundan əlavə, polis əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən qanunsuz olaraq saxladıqları 10 odlu silah, 37 ədəd patron, 1 ədəd avtomat xəzinəsi və 2 ədəd beşbarmaq soyuq silah aşkarlanaraq götürülüb.
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb.
Həmçinin mənzillərdən, ticarət obyektlərindən, eləcə də digər məkanlardan pul, qızıl-zinət əşyaları, əlvan metallar, tikinti materilları, məişət əşyaları iribuynuzli heyvanlar oğurlayan 40 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.
Əlavə olaraq keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mülki hüquqi öhdəliklərin icrasından yayındıqlarına görə, eləcə də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 106 nəfər saxlanılıb.
Qeyd olunan faktların hər biri ilə bağlı araşdırmalar davam etdirilir. Saxlanılanların əksəriyyəti barəsində həbs qətimkan tədbirləri seçilib.
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi