Türkiyə Milli İstehbarat Təşkilatının rəisi İbrahim Kalın Fələstinin HƏMAS hərəkatının liderləri ilə danışıqlar aparıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Sabah” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“6 həftə ərzində İbrahim Kalın HƏMAS-la 4 görüş keçirib. Görüşlərin biri Dohada, ikisi Ankarada, biri isə İstanbulda baş tutub. Danışıqlar zamanı HƏMAS-dan ilk addım olaraq mülki girovları azad etməsi istənilib. Bu çərçivəsində Qətərdə HƏMAS-ın siyasi bürolarının rəhbərləri ilə şəxsi görüşlər keçirilib.
Ankara öz vətəndaşlarının xilas edilməsi üçün rəsmi müraciətlər göndərən ölkələrdən alınan məlumatları da birbaşa HƏMAS siyasi bürosunun rəhbərlərinə ötürüb. Ankaranın tələbi daxili kommunikasiya kanalları vasitəsilə HƏMAS-ın Qəzzadakı hərbi qanadına çatdırılıb. Azad ediləcək girovlar arasında həm İsrail vətəndaşları, həm də üçüncü ölkə vətəndaşlarının olacağına zəmanət verilib”, - məlumatda qeyd olunub.
Nəşr danışıqlarda Türkiyənin xarici işlər naziri Hakan Fidanın adından ölkənin Dohadakı səfirinin də iştirak etdiyini bildirib.
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi