Bir neçə gün əvvəl yanğın baş verən "Taxta bazarı"nda zərərçəkənlərdən biri keçmiş məmurdur.
BUTA.TVxəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sözügedən şəxs sahibkar Əmrah Cəfərovdur. O, uzun müddət keçmiş Nəqliyyat Nazirliyində işləyib. Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı sərnişin və yük daşımalarının təşkili İdarəsinin rəis müavini və Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini vəzifələrində çalışıb. Eləcə də Bakı Nəqliyyat Agentliyinin taksi fəaliyyətinin planlaşdırılması şöbəsinin müdiri olub.
Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ə.Cəfərov yanğında ən çox zərərçəkənlərdən biridir. O, İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bir milyon yarımlıq malı yanaraq külə dönüb.
Zərərçəkən yanğından bir gün əvvəl obyektə bir vaqon mal gətirildiyini söyləyib. Sahibkar yanaraq külə dönmüş obyektinin 800 kvadrat metrə yaxın olduğunu bildirib.
Qeyd edək ki, noyabrın 23-də Dərnəgüldə yerləşən "Taxta bazar"ında güclü yanğın baş verib. Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanıb. Yanğın söndürülsə də, sahibkarlara xeyli sayda zərər dəyib. Fakta görə cinayət işi başlanıb.
Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi