Son zamanlar insanlara köhnə telefonlar yeni adı altında satılır.
BUTA.TV xəbər verir ki, bu barədə sosil şəbəkələrdə yayılan şikayətlərdə bildirilib. Qeyd olunur ki, qiymət baha olduğu üçün insanlar telefonları rəsmi mağazalardan deyil, kiçik şəbəkələrdən ucuz qiymətə almağa üstünlük verirlər. Lakin bir neçə gün sonra telefonun satılmamışdan öncə qeydiyyatdan keçirilərək, aktiv olduğunu görürlər.
Məsələ ilə bağlı İKT üzrə ekspert Nurlan Əliyarlı saytımıza açıqlamasında bildirib ki, telefon alınan zaman əsas qutusunda olub-olmaması deyil, eyni zamanda cihazın özünün aktiv olub-olmamasına baxılmalıdır:
“İMEİ kodu yoxlamaq şərtdir. Əgər telefon aktiv göstərilirsə, buna görə mağaza məsuliyyət daşıyır. İnsanlar məhsulu əldə edən zaman zəmanət tələb etməlidir”.
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı