Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İspaniyanın Baş naziri Pedro Sançes arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, danışıq zamanı İsrail-Fələstin qarşıdurması, Qəzzaya humanitar yardımların fasiləsiz çatması, eləcə də daimi atəşkəs və sülh üçün atılacaq addımlar müzakirə edilib.
Ərdoğan görüşdə İspaniya hökumətinin İsrail-Fələstin qarşıdurması ilə bağlı mövqeyinin dəyərli olduğunu bildirib.
Ərdoğan Türkiyənin bölgədə daimi sülhün təmin edilməsi, ölkəsinin qarant kimi hər cür məsuliyyəti öz üzərinə götürməsi də daxil olmaqla İspaniya ilə birlikdə çalışmağa hazır olduğunu bildirib.
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı