Ermənistan Baş naziri Nikol Paşinyanın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədikləri ilə bağlı açıqlaması əks-reaksiyalar doğurub.
BUTA.TV xəbər verir ki, Paşinyanın 24 noyabrda diaspor və ictimaiyyət nümayəndələrinin suallarını canlı yayımda cavablandırarkən dediyi “Biz Gürcüstanın birliyini və dövlətçiliyini tam və birmənalı şəkildə dəstəkləyirik” ifadəsinə ilk reaksiya rusmeyilli müxalifət və qondarma Abxaziya “rəsmiləri” tərəfindən gəlmişdi.
Ötən gün isə Abxaziyanın qondarma parlamentinin erməni deputatları Nikol Paşinyana qarşı müraciət yayıblar. Onların bu müraciətdə Paşinyanı Gürcüstanın ərazi bütövlüyünü tanımasına görə qınaması və Azərbaycandakı keçmiş qondarma rejimlə müqayisələr aparması yox, bəzi məlumatlar daha maraqlıdır.
Müraciətdə bildirilib ki, Abxaziyada 42 min erməni yaşayır və onlara öz dillərində təhsil, adət-ənənələri yaşatmaq üçün hər cür şərait yaradılıb. 42 minlik əhalinin isə qondarma parlamentdə 4 “deputatı” var.
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı