2022-ci ildə Ermənistanda yoxsulluq səviyyəsi 24,8% təşkil edib. Bu, 2021-ci illə müqayisədə 1,7 faiz azdır.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ölkədə ifrat yoxsulluq 1,2% təşkil edir, yəni əhalinin bu hissəsi minimum ərzaq tələbatını ödəyə bilmir. Ayda 121 dollardan az istehlak edən şəxs kasıb, 69 dollardan az istehlak edən isə ifrat yoxsul sayılır.
Hesabatda xatırladılıb ki, 2022-ci ildə Ermənistanda ikirəqəmli iqtisadi artım qeydə alınıb - 12,6%. Bununla belə, il boyu yüksək inflyasiya əhalini - 8,6% müşayiət olunub.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək