ABŞ-nin Azərbaycandakı səfirliyi Amerikada təhsil alan, bu ölkənin agentura şəbəkəsinə cəlb edilmiş bir qrup azərbaycanlı tələbə ilə görüşü təcili təxirə salıb.
“BUTA TV”nIn əldə etdiyi məlumata görə, bununla bağlı aidiyyəti şəxslərə bildiriş göndərilərək görüşün qeyri-müəyyən vaxta təxirə salındığı qeyd olunub.
Məsələ burasındadır ki, “Məzunların yubiley qalası” adı verilən “tədbir” əslində, sabah 18:30-da “JW Marriott Absheron” hoteldə keçirilməli idi. Bununla bağlı ötən gün “Qafqazinfo”da məlumat yayılmış, Azərbaycanın hüquq-mühafizə orqanlarının məsələdən xəbərdar olduğu, iştirakçıların gələcəkdə ifşa olunması üçün tədbirin nəzarətə götürüldüyü oxucuların diqqətinə çatdırılmışdı. Məhz bu xəbərdən sonra görüşün qeyri-müəyyən vaxta təxirə salınması böyük sual doğurur:
Əgər doğrudan da bu “tədbir”in niyyəti saf idisə, son vaxtlar yaranan ABŞ - Azərbaycan münasibətlərindəki gərginliklə bağlı deyildisə, hər hansısa bir təlimat xarakteri daşımırdısa, nə üçün belə adi bir görüş təxirə salındı?
ABŞ-də fövqəladə hadisə baş vermədiyini nəzərə alsaq, deməli, sualın cavabını da tapmış oluruq...


- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək