Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rabitə vasitələri və informasiya texnologiyalarının daha da təkmilləşdirilməsi tapşırıqlarını verib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunda bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkilinin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov noyabrın 25-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin tabeliyindəki hərbi hissələrdən birində olublar.
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissənin ərazisindəki saxlanclara baxış keçirib.
Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarə edilməsi üçün nəzərdə tutulmuş müasir tələblərə cavab verən müxtəlif rabitə vasitələri və texnika nümunələri təqdim olunub. Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirmək üçün mövcud olan ən yeni texnoloji avadanlıqlar barədə məlumat verilib.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi bölmələrdə rabitə vasitələri və informasiya texnologiyalarının daha da təkmilləşdirilməsi və səmərəli tətbiqinə dair aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək