Azərbaycanda bitki yağlarının qiyməti enib.
BUTA.TV Xəzər TV-yə istinadən bildirir ki, ucuzlaşma həm yerli, həm də xarici məhsullarda qeydə alınıb. Bildirilib ki, 2 litrlik bitki yağının qiyməti 14,5 manatdan 11,5 manata enib. Yerli məhsullar da müxtəlif adlar və çeşidlərdə təqdim olunur ki, onların da qiymətində nəzərəçarpacaq dərəcədə endirim var.
Ukrayna, Belarus və Zelandiyadan gətirilən kərə yağları da 1-1,5 manat arasında ucuzlaşıb.
İqtisadşı-ekspert Rəşad Həsənov bu ucuzlaşmanı dünya bazarında bitki yağlarının, eləcə də onların istehsalı üçün lazım olan xammalın qiymətinin enməsi ilə əsaslandırır.
İqtisadçılar bildirir ki, ucuzlaşmanın növbəti dövrlərdə də davam edəcəyi gözlənilir.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək