Quba Rayon Polis Şöbəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, qanunsuz kömür istehsal edən şəxsin rayonun Rustov kənd sakini Hafiz Bayramov olduğu müəyyənləşib.
Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək