Azərbaycanda əsasən yanvar-fevral aylarında qışın soyuq keçməsini gözləyirik. Gələn il sözügedən aylarda yağıntıların bol olacağını, dağlıq və dağətəyi rayonlarda sulu qar və qarın yağacağını istisna etmirik.
BUTA.TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov “Ekspert saatı”nda izləyicilərin suallarını cavablandırarkən bildirib. Qlobal iqlim dəyişikliklərindən danışan mütəxəssis bildirib ki, qlobal istiləşmə qış mövsümünün nisbətən mülayim keçməsinə təsirini göstərib.
O bildirib ki, dünya regional iqlim mərkəzləri tərəfindən verilən məlumatlarda gələn ilin yanvar-fevral aylarında havanın orta temperaturunun 1-2 dərəcə yüksək olacağı proqnozlaşdırılır. Ancaq praktikada bir neçə ay öncədən verilən proqnozların özünü doğrultma faizi çox da yüksək olmur.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək