Bitkoinin qiyməti 2022-ci il mayın 4-dən bəri ilk dəfə olaraq 38 min dolları ötüb.
BUTA.TV xəbər verir ki, “Coindesk” platformasının məlumatına əsasən bu günkü hərraclarda bitkoinin dəyəri 3,08 faiz artaraq 38 330 min dollara çatıb.
Qeyd edək ki, Bitkoinin qiyməti sonuncu dəfə 2022-ci il mayın 4-də 38 min dolları keçib. Bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən “minalana” (verilə bilər). Bunun üçün yeni sistem blokları yaradılmalıdır.
Sistemin konsepsiyası 2008-ci ilin noyabrında “Satoshi Nakamoto” təxəllüslü müəllif (bəlkə də müəlliflər qrupu) tərəfindən dövriyyəyə buraxılıb. Son illərdə sürətlə populyarlaşan Bitkoin emissiyası məhduddur; Bitkoinlərin çoxu artıq alınıb.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək