Zaqatalada qadının qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.
BUTA.TV xəbər verir ki, 1989-cu il təvəllüdlü Aygün Mikayıl qızı Həşimovanı keçmiş əri 1991-ci il təvəllüdlü Əli Fərhad oğlu Səfərovun qətlə yetirdiyi ehtimal olunur.
Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. A.Həşimovanın rayondakı kafelərdən birində işləməsi keçmiş ərini narahat edib. Ə.Səfərov bununla bağlı ona dəfələrlə xəbərdarlıq edib. Keçmiş həyat yoldaşının işinə davamı isə A.Həşimovanın ölümü ilə nəticələnib.
***
Noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Aygün Mikayıl qızı Həşimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə BUTA.TV-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Əli Fərhad oğlu Səfərov saxlanılıb.
Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda