Qazanılan Zəfərin ən böyük faydasını diplomatlarımızın gördüyünü desəm, yəqin ki, səhv etmərəm. Uğradığımız məğlubiyyətin ağrı-acısını hamıdan çox biz çəkir, tənə və töhmətini biz hiss edirdik.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Report-a müsahibəsində deyib.
“İddialarından yerə-göyə sığmayan erməni diplomatlarını görmək, havadarlarının onların şəninə dedikləri tərifləri eşitmək həqiqi əzab idi. Fəxr edirik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz bu acınacaqlı vəziyyətə son qoyub torpaqlarımızı düşmən tapdağından azad etdi. Erməni işğalçılarına döyüş meydanında nəyə qadir olduğumuzu göstərdik. Azərbaycan diplomatiyasının ən böyük uğuru olan BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini Silahlı Qüvvələrimiz şücaəti ilə həyata keçirdi. Mövcud şəraitdə diplomatiyamızın qarşısında dayanan başlıca vəzifə Ermənistanla sülh danışıqlarını Azərbaycanın təklif etdiyi beş prinsip əsasında qalibiyyətlə başa çatdırmaq, sülhə mane olmaq istəyən qüvvələri neytrallaşdırmaqdır”, - Quliyev bildirib.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı