Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Nazirlər Kabinetinin növbəti iclası zamanı hökumətin əsas binasında, həmçinin iclas zalında işıqlar sönüb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, hökumət üzvləri bir neçə dəqiqə qaranlıqda qalıblar.
“Ölkəmizdə elektrik enerjisi keyfiyyətsizdir. Həm də bu binada. Səhər qərargah rəisinə dedim ki, ofisdə işıqlar daim yanıb-sönür, işığın kəsilməsi təəccüblü deyil”, - Paşinyan işığın sönməsinə belə reaksiya verib.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı