Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, 44 yaşlı direktor ötən gecə yaşadığı evdə vəfat edib.
Qeyd edək ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. Ona müharibənin gedişində baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra Qubadlının və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif edilib.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı